Dünyanın ilk bitkoin-bankı fəaliyyətə başlayıb

Dünyanın ilk bitkoin-bankı fəaliyyətə başlayıb
14:02 14 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Vyana şəhərində (Avstriya) dünyanın ilk rəsmi bitkoin-bankı açılıb. "Report" "Hi-tech.mail.ru" saytına istinadən xəbər verir ki, "Bitcoin-bank" adlanan bank Berlinin çox da böyük olmayan "Bit Trust Services" startap şirkəti tərəfindən təsis edilib. Burada müştərilər kriptovalyuta haqqında məsləhət almaqla bərabər sistemdə qeydiyyatdan keçə bilərlər. Virtual pul kisəsi sahibləri isə öz bitkoinlərini avroya və ya əksinə dəyişə biləcəklər.
Qeyd edək ki, Avstriya kriptovalyuta tədavülünə maneə yaratmayan bir neçə ölkədən biridir. Bu ölkədə 3 il bundan əvvəl ilk bitkoin-bankomat fəaliyyətə başlayıb. Vyanada isə hazırda 20-yə yaxın müəssisə və şirkət bitkoinlə ödənişləri qəbul edir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/dunyanin-ilk-bitkoin-banki-fealiyyete-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR