"Qəbələ"nin futbolçusu cəzalandı, "Neftçi" cərimləndi

"Qəbələ"nin futbolçusu cəzalandı, "Neftçi" cərimləndi
14:07 14 Fevral 2017
108 İdman
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın və əvəzedicilərin çempionatının XVIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.


"Zirə" ilə oyunun 74-cü dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılan "Qəbələ"nin futbolçusu Rasim Ramaldanov bir oyunluq cəzalandırılıb, klub 200 manat cərimə olunub. "Zirə" 4 futbolçusu sarı vərəqə aldığından 800 manat cərimələnib.


"Neftçi" də eyni məbləğdə cərəmə ödəyəcək. "Ağ-qaralar"ın 4 futbolçusu "Sumqayıt"la oyunda hakimjən xəbərdarlıq alıb. "Neftçi"nin əvəzedici komandası isə eyni səbəbdən 400 manat cərimlənib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquotnin-futbolcusu-czaland-quotneftciquot-crimlndi-t56261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR