"Neftçi"nin bəyənmədiyi futbolçu Xorvatiya klubuna keçdi

"Neftçi"nin bəyənmədiyi futbolçu Xorvatiya klubuna keçdi
14:12 14 Fevral 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"yə lazım olmayan və noyabrda komandadan göndərilən Dario Melnyakın karyerasını harada davam etdirəcəyi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçinin transfer hüququna sahib olan Belçikanın "Lokeren" klubu onu yenidən icarəyə verib.

Melnyak mövsümün sonuna kimi ölkəsində çıxış edəcək. Belə ki, Xorvatiya təmsilçisi "Slaven Belupo" 25 yaşlı futbolçunu icarəyə götürüb.
 
"Slaven Belupo" Melnyak üçün yad komanda deyil. Sol cinah müdafiəçisi 2013-2015-ci illər ərzində məhz bu klubun formasını geyinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517388.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR