Aİ və Azərbaycan arasında danışıqların təxmini vaxtı bəlli oldu

Aİ və Azərbaycan arasında danışıqların təxmini vaxtı bəlli oldu
14:12 14 Fevral 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni strateji tərəfdaşlıq tərəflər arasında əməkdaşlıq imkanlarını genişləndirəcək.

Bu barədə Trend-ə və Azernews-a eksklüziv olaraq Aİ-nin Brüsseldəki ofisindən bildirilib.

Qeyd olunub ki, danışıqlar qarşılıqlı əməkdaşlığın geniş spektrini, xüsusilə siyasət, iqtisadiyyat, o cümlədən energetika sahələrində əməkdaşlığı əhatə edəcək: "Tərəfdaşlığın bu sahələri həm Avropa İttifaqı, həm də Azərbaycan üçün eyni dərəcədə maraq kəsb edir".

Aİ-nin baş ofisində danışıqların birinci mərhələsinin başlamasının dəqiq tarixini deməsələr də, bu prosesin yaz aylarında Bakıda baş tutacağı nəzərdə tutulur. Danışıqların müddəti isə görülən işlərin inkişafından asılı olacaq.

Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycan prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı danışıqların başlanğıc mərhələsi işə düşüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/517414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR