Bir əsr "sevirəm" demədən sevmək - 103 və 100 yaşlı iki sevgili - VİDEO - FOTO

Bir əsr "sevirəm" demədən sevmək - 103 və 100 yaşlı iki sevgili - VİDEO - FOTO
14:12 14 Fevral 2017
155 Maraqlı
Ölkə mətbuatı
A- A+

78 ildir evli olan yaşlı ər-arvad belə uzun müddətdə bircə dəfə də "sevirəm" demədən xoşbəxt ailə olmağın sirlərini paylaşıblar.

Milli.Az The İndependent-ə istinadən bildirir ki, ABŞ-ın Los-Anceles şəhərində yaşayan Morri və Betti Markofflar 78 il əvvəl evləniblər.

Dediklərinə görə, belə uzun və uğurlu evliliyin çox sadə bir səbəbi var: "qarşılıqlı dözümlülük və hörmət".

100 yaşlı Betti söyləyib: "Ən əsası - hər incikliyin qəzəbə çevrilməsinin qarşısını almaqdır, qarşılıqlı hörmət və dözümlülükdür. Morri mənə bircə dəfə də olsun "sevirəm" sözünü deməyib. Amma mən demişəm. Hər şey sözlərlə ifadə olunmur".

Arvadına nə üçün bircə dəfə də osun "sevirəm" deməməsinin səbəbini 103 yaşlı Morri belə izah edib: "Sevirəm sözündə bir sahiblik iddiası, nəzarət və tələb həvəsi var".

Onun fikrincə, bir adama "sevirəm" deməkdənsə, ona qayğı göstərmək daha qiymətlidir.

"Bilirsiniz, indi "sevgi" sözü çox ucuzlaşıb. Adamlar onu harada gəldi işlədirlər. Məsələn, bir də görürsən, biri deyir: "Mən tennis oynamağı çox sevirəm..." - 103 yaşlı Morri deyib. - Mən Bettini həmişə qucaqlamışam və öpmüşəm".

1938-ci ildə Nyu-Yorkda bir toyda tanış olmuş ər-arvad bu yaxınlarda alman fotoqraf Karsten Thormaehlenin yüzyaşlılar haqqında "Ləyaqətli qocalmaq" (Ageing Gracefully) adlı sənədli hekayələr kitabına daxil ediliblər.

Onlar deyirlər: "Biz yaşamaqda hamını keçmişik".

Morri isə gülərək söyləyir: "Nadir hadisədir, mən bunu bilirəm. Bizim bəxtimiz gətirib..."

Morri özünün uzun ömrünü ilahi müdaxilə ilə izah edir. Deyir ki, 99 yaşını qeyd edərkən onu vuran infarktdan Allahın möcüzəsi ilə sağ qalıb.

Betti təcili yardıma zəng edib və xəstəxanada onun ürəyinə şunt qoyublar.

O bir neçə saniyəlik kliniki ölüm vəziyyətində olub, lakin xəbərə gələn qohumlar onu özünə gəlib arvadı ilə zarafat edən görüblər.

Betti isə uzunömürlüyünün səbəbini hazırladığı yeməklərin sağlamlığı ilə izah edir. Qadın deyir ki, onları ayaqda saxlayan zülaldan, tərəvəzdən bol yeməklər və bir də göl sahilində hər səhər qoşa gəzmələri olub.

Ər-arvad deyirlər ki, bu qədər uzun həyatda ən kədərlisi övladların da göz qarşısında qocalmasıdır. Qızları onlarla bir binada yaşayır. Ər-arvad bildirirlər ki, heç olmasa onlar öləndə kimsə xəbər tutsun.

"78 illik evlilikdən sonra mən deyə bilərəm ki, səhv etməmişəm. Çətin vaxtlarımız da olub, yaxşı vaxtlarımız da... amma yenə də bir yerdəyik", - deyən Morri əlini arvadının dizləri üstünə qoyur...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində














Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/517406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR