Yumurta və un ucuzlaşır

Yumurta və un ucuzlaşır
14:17 14 Fevral 2017
187 Ölkə
Ölkə mətbuatı
A- A+

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirlərini davam etdirir, daha çox tələb olunan istehlak malları üzrə təhlillər aparılır.

Milli.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aparılan monitorinqlər göstərir ki, yumurtanın satış qiyməti bu ilin 1 yanvarına nisbətən 25%-dək ucuzlaşıb. Hazırda yumurtanın satış qiyməti 12-15 qəpik arasında dəyişir.

Bununla yanaşı, son günlər unun da ucuzlaşması müşahidə olunur.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti intensiv nəzarət tədbirlərini davam etdirir və xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ciddi tədbirlər görüləcəkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/517399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR