Burak Özçivitdən şəxsi həyatı haqqında etiraf: "Evlilik təklifi edəndə..." - FOTOLAR

Burak Özçivitdən şəxsi həyatı haqqında etiraf: "Evlilik təklifi edəndə..." - FOTOLAR
14:18 14 Fevral 2017
359 Şou
Ölkə mətbuatı
A- A+

Serialları ərəb dünyasında böyük maraqla baxılan Burak Özçivit Küveyt kanallarının birində qonaq olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, B.Özçivit proqrama telefonla bağlanaraq sualları cavablandırıb. Yaraşıqlı aktyor instaqramda ona yazılan bütün mesajları yaxından təqib etdiyini, ərəbcə bilmədiyi üçün əsasən ingilis və türkcə yazılmış məktubları oxuduğunu, hətta bəzilərinə cavab verdiyini söyləyib. Özçivitin sözlərinə görə, bu yaxınlarda ərəbcə öyrənməyə başlayıb.

- Seriallarda və filmlərdə sizi həmişə romantik rollarda görürük ki, həqiqətən romantik kişisiniz?

- Bizə verilən ssenariyə uyğun olaraq rolu layiqincə oynamağa çalışırıq. Ancaq həqiqətən də elə obraz yarada bilmişiksə, bu, onu göstərir ki, işimizin öhdəsindən gələ bilmişik.

- Sevgilinizə romantik evlilik təklifi etdiyiniz gecəni kim və necə təşkil etdi?

- O gecə üçün mütəxəssislərdən yardım almamışam, dostlarım dəstək oldu. Ancaq ən böyük dəstəyi bacım verdi. Onun sayəsində evlilik təklifi daha gözəl alındı.

- Sevginizi qarşı tərəfə necə göstərərsiniz?

- Türk kişisi çox danışmağı sevmir, mən də istisna deyiləm. Məhəbbətimi sözlərlə deyil, daha çox hərəkətlərimlə göstərməyi üstün tuturam.

- Sizi gələcəkdə də romantik filmlərdə görəcəyik?

- Romantik sevgi filmlərini sevirəm, amma özümü komediyada da sınamaq istəyirəm. Rejissorluğu mənə aid olan “Kardeşim Benim” komediya filmi idi. Yeri gəlmişkən hər kəsə müjdə verim, indi də həmin filmin ikinci hissəsini çəkməyə hazırlaşırıq.

Aytən








Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/187747.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR