Un və yumurta ucuzlaşdı

Un və yumurta ucuzlaşdı
14:33 14 Fevral 2017
Ölkə mətbuatı
A- A+

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirlərini davam etdirir, daha çox tələb olunan istehlak malları üzrə təhlillər aparılır.

Publika.az-a nazirlikdən verilən məlumata görə, yumurtanın satış qiyməti bu ilin 1 yanvarına nisbətən 25%-dək ucuzlaşıb. Hazırda yumurtanın satış qiyməti 12-15 qəpik arasında dəyişir.

Bununla yanaşı, son günlər unun da ucuzlaşması müşahidə olunur:

"Qurum intensiv nəzarət tədbirlərini davam etdirir və xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ciddi tədbirlər görüləcəkdir".

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/187750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR