ADİF ləğvetmə prosesində olan 3 bankın əmanətçilərinə 3 mln. manat borclu qalıb

ADİF ləğvetmə prosesində olan 3 bankın əmanətçilərinə 3 mln. manat borclu qalıb
15:02 14 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğvedicisi olduğu və kompensasiya ödəmək üçün ərizələrin qəbuluna dair 1 illik müddətin bitdiyi 3 kommersiya bankı – “Bank of Azerbaijan”, “Gəncəbank” və “Texnikabank” ASC-lərin qorunan əmanətçilərinə 3,017 mln. manat borclu qalıb.
Bu barədə “Report”a Fonddan bildirilib.
Məlumata görə, hazırda “Bank of Azerbaijan”ın əmanətçilərinin 747 min manat, “Gəncəbank”ın əmanətçilərinin 62 min manat, “Texnikabank”ın əmanətçilərinin isə 2,208 mln. manat məbləğində ADİF-dən alacağı var.
“Qanuna görə, əmanətçiyə kompensasiya 5 il müddətində ödənilir. Amma 1 illik müddət başa çatdıqdan sonra əmanətçi niyə vaxtında Fonda müraciət etmədiyinin səbəbini izah etməlidir. Məsələn, ola bilər ki, vətəndaş bu 1 il ərzində Azərbaycanda olmayıb və buna görə pulunu gəlib ala bilməyib, bunu sənədlərlə sübuta yetirməlidir. Əks təqdirdə kompensasiya verilməyəcək”, - deyə Fonddan qeyd edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/adi-f-legvetme-prosesinde-olan-3-bankin-emanetcilerine-3-mln-manat-borclu-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR