Bakıda avtomobil övladını məktəbə aparan qadını vurub, sürücü qaçıb

Bakıda avtomobil övladını məktəbə aparan qadını vurub, sürücü qaçıb
15:02 14 Fevral 2017
185 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Bakıda avtomobil övladını məktəbə aparan qadını vurub.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Zabrat qəsəbəsində 1992-ci il təvəllüdlü Qarayeva Sahilə Şəmsəd qızı 307 saylı orta məktəbə qız övladını apararkən onu avtomobil vuraraq ərazidən uzaqlaşıb. S.Qarayeva xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15 -ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.
S.Qarayeva ilkin ifadəsində bildirib ki, onu avtomobillə vuran sürücü qadının ünvanına nəlayiq ifadələr işlədib və ərazidən uzaqlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtomobil-ovladini-mektebe-aparan-qadini-vurub-surucu-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR