"Kasıb sevgilisinə 5 manata gül alır, varlı isə..." - FOTO

"Kasıb sevgilisinə 5 manata gül alır, varlı isə..." - FOTO
15:12 14 Fevral 2017
354 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün dünyanın bir çox ölkələrində Sevgililər Günü kimi qeyd edilir. Azərbaycanda da 14 fevralı - "Valentin Günü"nü təmtəraqla qeyd edənlər az deyil.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, sevgililərin bayramı kimi tarixə düşən 14 fevralda cütlüklər aldıqları hədiyyələrlə öz sevgilərini ifadə etməyə çalışırlar. Bəylərə daha çox qol saatı, ətir, xanımlara isə əsasən gül hədiyyə edilir. Təbii ki, hərə öz cibinə uyğun hədiyyə almağa çalışır.

Əməkdaşlarımız paytaxtda hədiyyə və gül mağazalarına baş çəkərək qiymətlərlə maraqlanıblar. Satıcıların sözlərinə görə, bu gün gülə daha çox tələbat var. Bu səbəbdən qiymətlər adi günlərdən fərqli olaraq 2-3 manat bahadır.

"Qiymətlər normaldır. Bu gün ən çox qızılgül alırlar. Müştərilərimizin sayı əvvəlki illərlə müqayisədə azalıb. İnsanları başa düşmək olar. Hamının imkanı yoxdur, sevgilisinə bahalı hədiyyə alsın. Pulu olan adamların nə vecinə? Kasıb gülə 5 manat, varlı isə 100 manat verir. Hədiyyənin bahalı olub-olmaması əhəmiyyətli deyil. Əsas diqqət və sevgidir", - satıcı deyib. 

Paytaxtın müxtəlif yerlərində sevgi rəmzinə çevrilən qızılgülün bir ədədi 5-7 manata alıcılara təklif olunur. Gül buketlərinin qiymətləri isə 15-100 manat arası dəyişir. Hədiyyəlik yumşaq oyuncaqlara və suvenirlərə gəlincə, satışda 20 manatdan 200 manatadək suvenir və yumşaq oyuncaqlar var.

Sevgililəri üçün gözəl bir hədiyyə almaq istəyənlər təxminən 50 manatından keçməlidirlər. Sevgililər Günü ilə əlaqədar parfümeriya mağazaları endirim kampaniyalarına başlayıblar. 

Kampaniya ilə müştəri cəlb etməyə çalışan brend mağazalarda ən ucuz ətir 40-50 manatadır. Satışda qiyməti 400-500 manat, hətta 1000 manatadək olan ətirlər var. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində







Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/517417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR