"Bavariya" Alonsonu itirdi

"Bavariya" Alonsonu itirdi
15:12 14 Fevral 2017
110 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Arsenal"la qarşılaşacaq "Bavariya"nın heyətlə bağlı problemləri bitmək bilmir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisində indi də yarımmüdafiəçi Xabi Alonso sıradan çıxıb.
 
35 yaşlı orta sahə oyunçusu komandanın son məşqlərinin birində dizindən xəsarət alıb. Həkimlər ispaniyalının sabah Almaniyada baş tutacaq matçı buraxmaq ehtimalının böyük olduğunu açıqlayıblar. Amma bu barədə son qərar oyunun başlamasına bir neçə saat qalmış veriləcək.
 
Qeyd edək ki, "Bavariya"da müdafiəçi Jerom Boatenq və yarımmüdafiəçi Frank Riberi də zədədən əziyyət çəkirlər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR