"Report": Azərbaycanda nağd dolların ucuzlaşması davam edəcək

"Report": Azərbaycanda nağd dolların ucuzlaşması davam edəcək
15:17 14 Fevral 2017
1110 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycanın kommersiya banklarında son günlər ABŞ dollarının nağd məzənnəsinin artması müşahidə olunur. "Report" xəbər verir ki, əgər ötən həftənin son iş günündə nağd dolları 1,73 manata almaq olurdusa, bu gün banklar dolları ən yaxşı halda 1,78-ə satır. Qeyd edək ki, bu gün, fevralın 14-də Azərbaycan Mərkəzi Bankının (AMB) Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərracında dolların rəsmi məzənnəsi 1,7296 manat səviyyəsinə qədər geriləsə də, banklarda dolların satışı məhdudlaşdırılmaqla bərabər məzənnəsi artıb. 
"Report"un analitik qrupu hesab edir ki, nağd dolların bir qədər bahalaşması səbəbi son iki həftə ərzində dollar aktivlərini orta hesabla 1,85 AZN/USD qiyməti ilə manata konvertasiya edən əhalinin yenidən alıcı kimi bazara üz tutması ilə bağlıdır: "Bu prosesin yaxın bir həftə ərzində bitməsi və gələn həftədən dolların məzənnəsinin kommersiya banklarında yenidən düşməsi proqnozlaşdırılır. Həmçinin, banklar da dolların qiymətindəki volatillikdən səmərəli istifadə edir. Əsas fəaliyyət gəlirlərindən məhrum olan banklar çıxış yolunu valyuta mübadilə əməliyyatlarında axtarır". 
"Report"un analitikləri yaxın perspektivdə rəsmi məzənnənin 1,65 AZN/USD, nağd məzənnənin isə 1,60 AZN/USD səviyyəsinə qədər azalacağını proqnozlaşdırırlar: "Neft qiymətlərinin yüksək səviyyədə qalması, hətta 65 dollar/barelə qədər yüksəlmə ehtimalı, habelə Azərbaycanda manat kütləsi və əhalinin real gəlirlərinin azalması dollara tələbatı aşağı salmaqda davam edəcək".

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/report-azerbaycanda-nagd-dollarin-ucuzlasmasi-davam-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR