"Neftçi"nin eks-qapıçısı döyüldü, azərbaycanlı Yaşar GÜLLƏLƏNDİ

"Neftçi"nin eks-qapıçısı döyüldü, azərbaycanlı Yaşar GÜLLƏLƏNDİ
15:22 14 Fevral 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin sabiq qapıçısı Vladimir Miçoviç, Yaşar Ustanov adlı 48 yaşlı Azərbaycan vətəndaşı və Vladislas Miloeviç adlı serb hücuma məruz qalıb.

Milli.Az fanat.az-a istinadan xəbər verir ki, hadisə ötən gün Belqraddakı kafelərdən birində baş verib.

Səhər saat 06.00 radələrində tərəflər arasında mübahisə yaranıb. Daha sonra isə onlar dava ediblər. Nəticədə Miçoviç başından xəsarət alıb. Azərbaycan vətəndaşı isə ayağından güllələnib.

Sabiq futbolçu və Azərbaycan vətəndaşına xəsarət yetirənlər olay yerindən qaçıblar. Kafeyə təcili yardım çağırılıb, polis araşdırmaya başlayıb.

Qeyd edək ki, Miçoviç 2005-2010-cu ildə "Neftçi"də çıxış edib. 2014-cü ildə isə bu komandada məşqçi kimi fəaliyyət göstərib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/517425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR