"Qalatasaray"ın yeni baş məşqçisi açıqlandı

"Qalatasaray"ın yeni baş məşqçisi açıqlandı
15:27 14 Fevral 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" Jan Olde Riekerinklə yollarını ayırmaq qərarına gəlib. Fanat.Az xəbər verir ki, "Beşiktaş" və "Başakşəhər"in xal itirdiyi həftədə doğma meydanda "Kasyerispor"a yenilən klubun rəhbərliyi holland mütəxəssislə yollarını ayırmaq qərarına gəlib.

Artıq "Qalatasaray"ın yeni baş məşqçisi də müəyyənləşib. Türkiyə mətbuatının məlumatına görə, "Karabükspor"la uğurlu nəticələrə imza atan İqor Tüdorla anlaşma əldə olunub. Xorvat mütəxəssis vətənində olduğundan meneceri ilə "Türk Telekom Arena"da görüş keçrilib və 1,5 illik müqavilə razılaşdırılıb. 

İddia olunur ki, "Qalatasaray" Tüdorun "Karabükspor"la müqaviləsindəki bənddən yararlanacaq. Həmin bəndə əsasən qarşı tərəfə 150 min avro təzminant ödənəcək.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquotn-yeni-ba-mqcisi-acqland-t56265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR