Maradonanın Sevgililər Günü - FOTO

Maradonanın Sevgililər Günü - FOTO
15:27 14 Fevral 2017
133 İdman
Ölkə mətbuatı
A- A+

Əfsanəvi futbolçu Dieqo Maradona yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssisin sosial şəbəkədə paylaşdığı foto azarkeşlərin marağına səbəb olub.

Maradona Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində sabah keçiriləcək "Real" - "Napoli" oyununu izləmək üçün Madridə yollanıb. Sabiq klubunun qaldığı oteldə məskunlaşan 57 yaşlı futbol əfsanəsi matç gününə qədər vaxtını əylənməklə keçirir. Belə ki, o, Valentin Gününü sevgilisi ilə birlikdə otelin SPA mərkəzində qeyd etməyi üstün tutub.
 
Maradona çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb. Dünya çempionu şəklin altında "Səni sevirəm" sözlərini yazaraq, rəfiqəsini Sevgililər Günü münasibətilə təbrik edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR