Dövlət Komissiyası Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil edəcək

Dövlət Komissiyası Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil edəcək
15:57 14 Fevral 2017
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 yanvar tarixli sərəncamının icrası, eyni zamanda, Ermənistan hərbçiləri və terrorçu-quldur birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməllərinin ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində silsilə tədbirləri davam etdirir.
Komissiyadan “Report”a verilən məlumata görə, Türkiyədə fəaliyyət göstərən və uydurma “erməni soyqırımı” iddialarına qarşı elmi əsaslarla mübarizə aparan “Tələt Paşa” Komitəsi ilə əməkdaşlıq çərçivəsində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Türkiyənin və Azərbaycanın ictimai-siyasi xadimlərinin, tanınmış elm adamlarının, diplomatların və Xocalı soyqırımı şahidlərinin iştirakı ilə fevralın 25-də Ankarada konfrans keçiriləcək. Bundan başqa, faciə ilə əlaqədar televiziya kanallarında ayrıca veriliş hazırlanacaq.
Həmçinin Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birlikdə fevralın 17-də “Qaradağlıdan Xocalıya” mövzusunda “dəyirmi masa” keçiriləcək. “Dəyirmi masa” 1992-ci ilin fevralında Xocavənd rayonunun Qaradağlı kəndində və Xocalı şəhərində törədilmiş soyqırımı aktlarına həsr ediləcək. Tədbirdə ictimai xadimlərin və alimlərin, Dövlət Komissiyasının üzvlərinin və əməkdaşlarının iştirakı nəzərdə tutulub.
Bununla yanaşı, Dövlət Komissiyasının üzvləri və əməkdaşları xaricdə, həmçinin ölkə daxilində təşkil olunacaq bir sıra tədbirlərdə və anım mərasimlərində iştirak edəcək, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməlləri barədə ictimaiyyəti məlumatlandıracaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/dovlet-komissiyasi-xocali-soyqiriminin-25-ci-ildonumu-ile-elaqedar-silsile-tedbirler-teskil-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR