ŞOK OLAY: "Neftçi"nin sabiq qapıçısı güllələndi - TƏFƏRRÜAT

ŞOK OLAY: "Neftçi"nin sabiq qapıçısı güllələndi - TƏFƏRRÜAT
16:04 14 Fevral 2017
173 Digər
Ölkə mətbuatı
A- A+

 

“Neftçi”nin sabiq qapıçısı Vladimir Miçoviç xoşagəlməz hadisənin iştirakçısı olub. Apasport.az saytının məlumatına görə, bir müddət Azərbaycan yığmasında da çalışmış serbiyalı məşqçi vətənində silahlı qalmaqala düşüb.

 

Hadisə Serbiyanın paytaxtı Belqradda kafelərin birində yaşanıb. Səhərə yaxın yaşanan qalmaqal zamanı Miçoviçin bir neçə nəfəri döydüyü iddia olunur. Bu da əks tərəfin silahlı cavab ilə nəticələnib.

 

Atışma nəticəsində üç nəfər yaralanıb. Onlardan biri də Miçoviçdi. Qapıçı ilə yanaşı, Vladimir Miloyeviç və Azərbaycan vətəndaşı Yaşar Ustanov da xəsarət alıb. Kafedə olan daha iki nəfər dava-dalaş zamanı başından yaralanıb. Hadisə yerinə gələn polis araşdırma aparır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267596

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR