Qlobal Bakı Forumunda iştirak edəcək daha bir prezidentin adı məlum olub

Qlobal Bakı Forumunda iştirak edəcək daha bir prezidentin adı məlum olub
16:13 14 Fevral 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Makedoniya prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən mləumata görə, Makedoniya prezidenti George İvanov və xanımı Maja İvanova mart ayında Azərbaycana gələcəklər.

Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etməkdir.

Qeyd edək ki, Makdedoniya prezidenti George İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) ilə yaxından əməkdaşlıq edir. George İvanov III və IV Qlobal Bakı forumlarında, həmçinin Mərkəzin İtaliya, Bosniya və Herseqovinada keçirilmiş Ali Səviyyəli toplantılarında iştirak edib. Bundan başqa, Makedoniya Prezidentinin təşəbbüsü ilə həyata keçirilən Gənc Liderlər Məktəbi də artıq 3 ildir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq edir.

Xatırladaq ki, V Qlobal Bakı Forumunda Makedoniya dövlət başçısı ilə yanaşı, Latviya prezidenti Raymond Veyonis, Albaniya prezidenti Buyar Nişani və digər ölkələrin indiki, həmçinin keçmiş rəhbərləri iştirak edəcək. Növbəti forum "Xarici əlaqələrin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunub. Nüfuzlu itcimai-siyasi xadimlər, elm adamları transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, populizm və ekstremizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri mövzusunda fikir mübadiləsi aparacaq, həll yolları təklif edəcəklər.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/517448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR