Erməniləri güllələtdirən baş qərargah rəisi

Erməniləri güllələtdirən baş qərargah rəisi
16:17 14 Fevral 2017
153 Dünya
Ölkə mətbuatı
A- A+

Təəccüblüdür ki, 2008-ci il martın 1-də baş vermiş hadisələri ilə bağlı danışanlar həmin vaxt fəal rol oynayanlardır.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə "İşıqlı Ermənistan" partiyasının lideri, "Çıxış" blokunun seçkiqabağı siyahısına rəhbərlik edən Edmon Marukyan deyib.

O xatırladıb ki, keçmiş müdafiə naziri Seyran Ohanyan mart hadisələri zamanı Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi idi.

"İndi bu adam deyir ki, biz gəlib 1 mart hadisələrinin günahkarlarını tapacağıq. Bir müddət sonra o, siyasi məhbuslara azadlıq tələb edə bilər. Əgər siyasətə belə yanaşmağa icazə varsa, deməli, hər şeyə icazə var", - Edmon Marukyan bildirib.

2008-ci il martın 1-də Ermənistanda xalq hökumətə etiraz aksiyası keçirib. Dinc nümayişçilər zamanı etirazçılar silahlı şəxslər tərəfindən güllələnib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR