AİF istiqrazlarının növbəti partiyasını satışa çıxarmağa hazırlaşır

AİF istiqrazlarının növbəti partiyasını satışa çıxarmağa hazırlaşır
16:22 14 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Fevralın 17-də Bakı Fond Birjasında "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 20 mln. manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
“Report” AİF-ə istinadən xəbər verir ki, istiqrazlar 1 001,75 manat qiyməti ilə, kütləvi üsulla satışa çıxarılacaq.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası AİF-in adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospektini noyabrın 21-də dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi həcmi 50 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazların gəlirliliyi illik 3%, onların tədavül müddəti 3 600 gün təşkil edir. Prosesin anderrayteri “PAŞA Kapital” investisiya şirkətidir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ai-f-istiqrazlarinin-novbeti-partiyasini-satisa-cixarmaga-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR