Səmra da “O Səs Türkiyə”də qalib oldu (VİDEO)

Səmra da “O Səs Türkiyə”də qalib oldu (VİDEO)
04:11 7 Yanvar 2015
347 Şou
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə"nin bu həftəki ikinci duel günündə daha bir azərbaycanlı çıxış edib.

ANS PRESS-in məlumatına görə, yarışmanın son buraxılışındakı duel mərhələsində həmyerlimiz Səmra Rəhimli türkiyəli iştirakçı Ayda Eravcı ilə mübarizə aparıb.

Hadisənin komandasında çıxış edən duel iştirakçıları "Lady Marmalade" mahnısını ifa edib. Cütlüyün çıxışı alqışla qarşılanıb və münsiflər tərəfindən bəyənilib. Hətta Mazhar Alanson məğlub olanı öz komandasına götürəcəyini də bildirib.

Hadisə sonda həmyerlimizi seçərək ona növbəti mərhələdə iştirak etmək imkanı qazandırıb.

Qeyd edək ki, yarışmanın ötən günkü buraxılışında isə Mazhar-Özkan cütlüyü dueldə başqa bir həmyerlimiz Aygünlə yollarına davam etdirmək istədiyini söyləmişdilər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=318107

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR