İşıqforda sürücülərə satılan güllərlə bağlı ŞOK XƏBƏR

İşıqforda sürücülərə satılan güllərlə bağlı ŞOK XƏBƏR
16:27 14 Fevral 2017
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda küçə və yollarda əllərində gül satanlara, yəqin ki, çoxları rast gəlir. Xüsusən də, işıqforlarda və avtomobillərin aşağı sürətlə hərəkət etdiyi küçə və yollarda onları tez-tez görmək olar. Mağazalardan fərqli olaraq, gülü daha ucuz qiymətə satan bu şəxslərin hamısı olmasa da, aralarında fırıldaqçılar da varmış.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, həmin fırıldaqçılar gülləri haradansa alıb-satmırlar. Onlar həmin gülləri qəbristanlıqlardan oğurlayıb ucuz qiymətə satırlar. Bu işdə onlara qəbristanlıq nəzarətçilərinin də yardım etdiyi ehtimal olunur.

Oğurluq güllər digərlərinə nisbətən solğun olur və yarpaqları qaralır. Məhz bu səbəbdən də fırıldaqçılar həmin gülləri, əsasən, günün qaranlıq vaxtında satışa çıxarırlar. Bununla da, ucuz qiymətə satılan gülləri alan sürücülər onların köhnə olduğunu görmürlər. Bütün bu deyilənlər bir müddət əvvəl polisə də məlum olub. Bakı polisi bu istiqamətdə araşdırmalara başlayıb.
Odur ki, 14 fevral "sevgililər günü"ndə gül alarkən diqqətli olun.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/517442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR