Azərbaycanda meşə salınması üçün torpaqların icarəyə verilmə müddəti artırıldı

Azərbaycanda meşə salınması üçün torpaqların icarəyə verilmə müddəti artırıldı
16:38 14 Fevral 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda meşələrin bərpası məqsədi ilə torpaqların icarəyə verilmə müddəti 5 dəfəyədək artırılıb.

Publika.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Meşə Məcəlləsinin 22-ci maddəsinə dəyişiklik haqda parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.

Dəyişikliyə əsasən, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) müqavilə əsasında müvafiq icra hakimiyyəti tərəfindən 1 ildən 49 ilədək icarəyə verilə biləcək. Hazırda isə bu müddət 1 ildən 10 ilə qədərdir.

İclasda layihə səsə qoyularaq qəbul edilib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/187773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR