Dünyada ilk dəfə bitkoin bankı yaradılıb

Dünyada ilk dəfə bitkoin bankı yaradılıb
16:42 14 Fevral 2017
151 Dünya
Ölkə mətbuatı
A- A+

Avstriyanın paytaxtı Vyana şəhərində dünyanın ilk rəsmi bitkoin-bankı açılıb.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, "Bitcoin-bank" adlanan bank Berlinin çox da böyük olmayan "Bit Trust Services" startap şirkəti tərəfindən təsis edilib. Burada müştərilər kriptovalyuta haqqında məsləhət almaqla bərabər sistemdə qeydiyyatdan keçə bilərlər. Virtual pul kisəsi sahibləri isə öz bitkoinlərini avroya və ya əksinə dəyişə biləcəklər.

Qeyd edək ki, Avstriya kriptovalyuta tədavülünə maneə yaratmayan bir neçə ölkədən biridir. Bu ölkədə 3 il bundan əvvəl ilk bitkoin-bankomat fəaliyyətə başlayıb. Vyanada isə hazırda 20-yə yaxın müəssisə və şirkət bitkoinlə ödənişləri qəbul edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/517447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR