AFFA İntizam Komitəsi "Qarabağ"ın etirazını qəbul etməyib

AFFA İntizam Komitəsi "Qarabağ"ın etirazını qəbul etməyib
17:02 14 Fevral 2017
107 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Qarabağ"ın etirazını qəbul etməyib. "Report"un məlumatına görə, Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasının XVIII turunda "Kəpəz"lə oyunun 86-cı dəqiqəsində Ağabala Ramazanova göstərilmiş sarı vərəqəyə etiraz edib.
Klub həmin vərəqəni haqsız sayaraq, matçın protokolunda müvafiq qeyd edib. Lakin İntizam Komitəsi baş hakim Ömər Paşayevin qərarını qüvvədə saxlayıb. Nəticədə Ramazanov vərəqə limitini dolduraraq cəzalı duruma düşüb. O, XIX turda "Qəbələ" ilə səfər matçını buraxmalı olacaq.
Qeyd edək ki, fevralın 19-da keçiriləcək "Qəbələ" - "Qarabağ" görüşü saat 17:30-da başlanacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-i-ntizam-komitesi-qarabag-in-etirazini-qebul-etmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR