Faiqlə illərdi qalmaqalda olmuş müğənni: "Qayınatamla onun yanına..."

Faiqlə illərdi qalmaqalda olmuş müğənni: "Qayınatamla onun yanına..."
17:04 14 Fevral 2017
186 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Nadir Qafarzadə APA TV-nin “Show time” verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, ifaçı veriliş zamanı illər öncə küsülü olduğu xalq artisti Faiq Ağayev barədə danışıb. O bildirib ki, xalq artisti ilə barışdıqdan sonra yenə küsübmüş: “Bizim yaşadığımız qurama qalmaqal deyildi. Qurama necə olur? Faiq Ağayevlə əməlli başlı açıq döyüşdə idik. Bu davada dostluq qalib gəldi. Faiq Ağayevlə illərlə küsülü qaldıq, sonra barışdıq. Amma o barışıqdan sonra yenə küsmüşdük. Ən sonunda efirdən kənar Xatirə İslam bizi barışdırdı. Faiq Ağayev xəstəxanaya düşəndə qayınatam da bizdə idi. Qayınatamla birgə onun yanına getdik. Anası, qardaşları ilə də görüşdüm. Bir sözlə aramızda olan bu inciklik keçib getdi. Hazırda küsülü olduğum məşhur yoxdu. Heç istəmirəm də olsun”.

 

N.Qafarzadə şou-biznesdə olan durğunluqdan da söz açıb: “Hazırda şou-biznesdə böhrandır. Demək olar ki, hər gün mənə bəstəkarlar 5-6 mahnı göndərir. Aralarında yaxşı, zəif mahnılar da var. Qonorar istəyirlər, bizim də o qədər imkanımız yoxdur. Büdcəmi elə qururam ki, sənətim axsamasın. Axsasam, kimsə gəlib məni ötüb keçər. Məni bu sənətdə ötmək, keçmək asandı, çətindi bunu deyə bilmərəm. Amma hər kəsin bu sənətdə öz yeri var. Mən sadəcə öz işimi görürəm. Mən görmədiyim işləri tamamlayıram. Başqaları barədə nəsə deyə blmərəm”.

Xatırladaq ki, APA TV-də həftənin 1-ci günləri saat 15:10-da yayımlanan “Show time” verilişinin informasiya dəstəkçisi Lent.az-dır.

Qeyd edək ki, verilişin tam hissəsinə aşağıdakı “Youtube” linkindən baxa bilərsiz. 

 

 

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267608

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR