Azərbaycan Naxçıvandan Türkiyəyə ixrac üçün güzəşt əldə etmək istəyir

Azərbaycan Naxçıvandan Türkiyəyə ixrac üçün güzəşt əldə etmək istəyir
17:27 14 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycan Türkiyə ilə Naxçıvan Muxtar Respublikasında istehsal olunan malların tədarükü zamanı gömrük güzəştləri əldə etmək üçün danışıqlar aparır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Nazir müavini qeyd edib ki, Türkiyədə, xüsusilə də aqrar məhsulların gətirilməsinə görə gömrük rüsumları çox yüksəkdir:

"Biz Türkiyəyə ixracı genişləndirmək üçün danışıqlar aparırıq. Bu kontekstdə Naxçıvan MR-də istehsal olunan malların Türkiyəyə ixracına görə güzəşt əldə etmək istəyirik".

S.Babayev bildirib ki, söhbət Türkiyəyə müxtəlif məhsullar, o cümlədən mineral suların tədarükündən gedir:

"Azərbaycan danışıqların qısa müddətdə başa çatacağına ümid edir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/517468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR