Azərbaycan əhalisi avro alışını kəskin azaldıb

Azərbaycan əhalisi avro alışını kəskin azaldıb
17:27 14 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində 2016-cı ilin dekabr ayında kommersiya banklarından xalis avro alışı 9 128,9 min təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu, noyabr ayında əhalinin kommersiya banklarından xalis avro alışından 15 939,6 min avro və ya 63,4% azdır. Belə ki, noyabrda bankların xalis avro satışı 25 122,5 min təşkil edib. 
Əvvəlki ilin dekabrına nisbətən isə bankların əhaliyə xalis avro satışı 5,8 dəfə azalıb.
Qeyd edək ki, 2016-cı ilin yekununda kommersiya banklarının əhaliyə xalis avro satışı ümumilikdə 266 647,6 min avro olub. Bu da əvvəlki ilin analoji göstəricisindən 3,11 dəfə azdır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-ehalisi-avro-alisini-keskin-azaldib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR