Türkiyənin tanınmış müğənnisi avtomobil qəzasına düşüb
Paylaş
247 baxış·1 dəq oxu
Bakı. 14 fevral. REPORT.AZ/ Türkiyənin tanınmış müğənnisi Sıla Gencoğlunun içində olduğu avtomobil qəza törədib. “Report” "Haber7"yə istinadən xəbər verir ki, hadisə Türkiyənin Düzcə bölgəsində olub. Məlumata görə, nəticədə müğənni ağır yaralanıb və Düzcədəki dövlət xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.