Ölkə xaricində yaşayan Türkiyə vətəndaşları üçün referendumda səsvermə ardıcıllığı açıqlanıb

Ölkə xaricində yaşayan Türkiyə vətəndaşları üçün referendumda səsvermə ardıcıllığı açıqlanıb
18:02 14 Fevral 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Türkiyənin xarici diplomatik missiyalarında ölkə Konstitusiyasına dəyişikliklər edilməsi üzrə referenduma hazırlıq martın 27-də başlayacaq və aprelin 9-da başa çatacaq.
Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Türkiyənin Bakıdakı diplomatik missiyasında səsvermə səhər saat 9-da başlayacaq və axşam saat 21-dək davam edəcək.
Səfirlikdən həmçinin Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının hansı gün səs verəcəyi ilə bağlı məlumatın sonra veriləcəyi açıqlanıb.
Həmçinin qeyd olunub ki, Türkiyə vətəndaşları Türkiyə Mərkəzi Seçki Komitəsinin saytında səsvermə siyahılarında adlarını yoxlamalıdır. Siyahıda adları olmadığı təqdirdə fevralın 17-dək səfirliyinin konsulluq bölməsinə qeydiyyatdan keçmək lazımdır.
Xatırladaq ki, Türkiyədə Konstitusiyaya dəyişikliklər edilməsi üzrə referendum bu il aprelin 16-da keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/olke-xaricinde-yasayan-turkiye-vetendaslari-ucun-referendumda-sesverme-ardicilligi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR