Bölgələr üzrə 9-cu siniflərin buraxılış imtahanlarının keçiriləcəyi tarixlər açıqlanıb

Bölgələr üzrə 9-cu siniflərin buraxılış imtahanlarının keçiriləcəyi tarixlər açıqlanıb
18:02 14 Fevral 2017
228 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının keçiriləcəyi tarixlər məlum olub.
Dövlət İmtahan Mərkəzindən “Report”a verilən məlumata görə, I mərhələ bu ilin 5, 12, 18 mart tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.
Tarix Şəhər (rayon) 05.03.2017 Bakı, Sumqayıt, Abşeron, Xızı, Qobustan 12.03.2017 Naxçıvan Muxtar Respublikası, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Beyləqan, Ağsu, Ucar, Kürdəmir 18.03.2017 Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, İsmayıllı, Göyçay, Şamaxı, Ağdaş, Yevlax, Quba, Şabran, Qusar, Xaçmaz, Siyəzən
Qeyd edək ki, məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər. Heydər Əliyev adına Hərbi Lisey və Peşə liseylərinin şagirdləri üçün imtahan martın 12-də, C.Naxçıvanski adına Hərbi lisey, Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün martın 18-də keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/bolgeler-uzre-9-cu-siniflerin-buraxilis-imtahanlarinin-kecirilme-tarixi-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR