Deputat: “İrəvanda ikinci Azərbaycan dövləti yaratmalıyıq”

Deputat: “İrəvanda ikinci Azərbaycan dövləti yaratmalıyıq”
18:08 14 Fevral 2017
197 Digər
Ölkə mətbuatı
A- A+

“ATƏT-in Minsk Qrupu yaradılanda, bu quruma Ermənistan-Azəbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bir il vaxt verilmişdi. Ancaq 25 il keçməsinə baxmayaraq, bu problem hələ də həllini tapmayıb. Azərbaycan BMT-yə üzv olan zaman da Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınıb”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Tahir Kərimli bildirib.

O deyib ki, Azərbaycan torpaqlarının işğalı ilə bağlı müvafiq qərarları qəbul edilib:

“Digər məqam ondan ibarətdir ki, BMT-nin təcavüzkarları tanımaqla bağlı müvafiq qanunları var. Buna görə də BMT Ermənistana sanksiyalar tətbiq etməlidir”.

T.Kərimli qeyd edib ki, Dağlıq Qarabağda hərbi vəziyyət elan edilərək separatçılara qarşı əməliyyatlara başlanmalıdır:

“Azərbaycan separatçıları işğal altında olan torpaqlardan çıxarmalı və ya buna məcbur etməlidir. Bu da mümkün deyilsə, separatçılar məhv edilməlidir. Artıq ATƏT-in Minsk Qrupu bu problemi həll etməyəcək. Həmsədr ölkələr Ermənistanın təcavüzkar cinayətinə şərikdirlər. Onların əsas məqsədi Azərbaycan torpaqlarını əbədi işğal altında saxlamaqdır. Əgər ermənilər Azərbaycan torpaqlarında ikinci dövlət qurmaq istəyirlərsə, biz də İrəvanda ikinci Azərbaycan dövləti yaratmalıyıq. Bütün təzyiqlərə baxmayaraq biz bunu etməliyik. Biz nəinki İrəvanda, eyni zamanda digər tarixi torpaqlarımızda öz dövlətimizi yaratmaq barədə düşünməliyik. Kimsədən qorxmaq lazım deyil. Ən azından bilməlidirlər ki, biz bu torpaqları yaddan çıxarmamışıq”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/187790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR