Ziya Məmmədovun gedişinə hansı məmurlar sevindi? - ŞOK ADLAR

Nəqliyyat naziri Ziya Məmmədovun gedişinə sevinənlər arasında əzəli rəqibləri də oldu.

Politika.az-ın məlumatına görə, hakim komanda içərisində kompromat savaşı aparan məmurların konflikti getdikcə dərinləşir.

Bu dəfəki qarşıdurmadan nəqliyyat naziri məğlub çıxdı. O, iqtidar içərisində nüfuz savaşı olan məmurlara uduzdu. Bu sırada Azərbaycan Dəmir Yolları QSC sədri Cavid Qurbanovun adı birinci çəkilir. Baxmayaraq ki, onların birgə fəaliyyəti olub.

Ardınca vəzifə tutmasa da, hakimiyyətdə dayaqları olan “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun sevincindən yerə-göyə sığmadığını söyləmək olar.

Eyni zamanda Bakı meri Hacıbala Abutalıbov, AZAL prezidenti Cahangir Əsgərov da Ziya Məmmədovla maraqlar üstündə toqquşurdu. Bu haqda müxtəlif dövrlərdə yazılı mətbuatda məqalələr tirajlanıb.

Mənbənin sözlərinə görə, Məmmədovlar ailəsinin süqutu və iqtidardan uzaqlaşdırılmasına sevincək olanlar sırasında bir neçə generalın da adı hallanır. Həmçinin, onun vergilər naziri Fazil Məmmədovla da münasibətləri ürəkaçan olmayıb.

Dünən 16-00 radələrində Ziya Məmmədov Prezident Adminstarsiyasına getsə də onu binaya buraxmayıblar.

Bu məlumat eks-nazirin artıq yuxarı dairələrdə qeyri-legitim sayıldığını söyləməyə əsas verir. Onu da demək lazımdır ki, son bir neçə il ərzində Nəqliyyat naziri Ziya Məmmədov və yaxın çevrəsində baş verən gərgin proseslər səbəbsiz deyildi.

Hakimiyyətdəki bir neçə qrup nəqliyyat nazirini «taxt»dan salmaq üçün güclərini birləşdirmişdilər və onu Prezidentin gözündən salmağa müvəffəq olmuşdular.

Əslində, Ziya Məmmədovun özünün iddialı davranışları da ona olan etibarın itirilməsində daha çox rol oynayıb və artıq onu hakimiyyətdə saxlamaq olduqca riskli, hətta təhlükəli bir işə çevrilmişdi. Yəni prezident sərəncamı yerində idi və bəlkə də çoxdan olmalıydı.

Mənbəmizin iddiasına görə, dəstək üçün Ziya Məmmədovun xaricdəki dostlarına üz tutması bu arada onun lehinə deyil, əleyhinə işləyən və həm də onu birdəfəlik bitirəcək ciddi faktora çevrilib. Məgər Fərhad Əliyev elə xarici təmasların qurbanı olmadımı? İndi kimlərsə o yolu getmək istəyirlərsə, keçmiş nazirin aqibətindən dərs almalıdırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR