"Fənərbağça"nın baş məşqçisinə "Beşiktaş" cəbhəsindən cavab gəldi

"Fənərbağça"nın baş məşqçisinə "Beşiktaş" cəbhəsindən cavab gəldi
19:12 14 Fevral 2017
138 İdman
Ölkə mətbuatı
A- A+

"Fənərbağça"nın baş məşqçisi Dik Advokaatın "Bursaspor" matçından sonra əzəli rəqib "Beşiktaş" barədə fikrinə qarşı tərəf sərt reaksiya verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klub rəsmisi Hakan Kalkavan holland mütəxəssisin kənar təsirə məruz qaldığını təxmin edib.

"Advokaat gəldiyi gündən bəri həmişə rəqiblərə hörmətlə davanıb. Polemikaya girmədi. Onu nəzakətli biri kimi tanımışıq. Nə oldu ki dəyişdi? Bu açıqlamalar onun öz fikirləri deyil. Advokaatı kimlərin belə fikirlərə yönəltdiyi məlumdur. Həmin açıqlamaların əsl sahibi bilməlidir ki, "Beşiktaş"ı heç kim qorumur. "Karabükspor"la oyunda da bunu gördük", - Kalkavan deyib.

"Bursaspor"la matçda komandası əleyhinə verilən penalti ilə razılaşmayan Advokaat - "Beşiktaş"ın bu dünyada olduqca çox dostu var", - ifadəsini işlətmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR