Bakıda sevgililər hansı hədiyyələri almağa üstünlük verirlər? - SORĞU

Bakıda sevgililər hansı hədiyyələri almağa üstünlük verirlər? - SORĞU
19:12 14 Fevral 2017
206 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanda əksəriyyət sevgililər gününü qeyd edir. Cütlüklər rəmzi olaraq bir-birinə hədiyyələrlə sürpriz edirlər. 14 fevral dedikdə əksəriyyətin ağlına yumşaq oyuncaqlar, parfüm və gül buketləri gəlir. 

Bəs Bakıda sevgililər daha çox hansı hədiyyələri almağa üstünlük verirlər? "ACT Azərbaycan" Bakı şəhərinin sakinlərindən bunu öyrənməyə çalışıb.

Milli.Az şirkətin apardığı sorğunun nəticələrini təqdim edir.

Sorğuya əsasən, qadın respondentlərin 21 %-i bu il sevdiklərini geyimlə sevindirəcəklər. Ümid edək ki, geyim adı altında bir cüt yun corab nəzərdə tutulmayıb. Populyarlığa görə ikinci seçim parfümə aiddir ( 19%). Qadınların kişilərə hədiyyə edəcəkləri üçüncü hədiyyə isə aksesuarlardır (15%).

Bu bayram olduğu kimi kişilər qadınları yenə də ən çox gül buketləri ilə sevindirəcəklər (52 %). Bayrama parfümlə bayram qatanlar 26 % olacaq. 9 % kişi isə səxavət boxçasını açıb sevgilisə zinyət əşyası almağı düşünür. 

Maraqlı məsələ 14 fevralı qeyd etməyi planlaşdıran respondentlərin bu bayram üçün çəkəcəkləri xərcdir. Qadınlardan ən çox xərcə düşənlər 17 % təşkil edir. Onlar 21-30 AZN dəyərində hədiyyə almağı düşünürlər. Kişilər qadınlara nisbətən sevdiklərinə qarşı daha səxavətlidirlər. Belə ki, 20 % kişi xanımına 51-100 AZN dəyərində hədiyyə almağı düşünür. 

Sorğu 24 dekabr - 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/517497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR