"Neftçi" və "Qəbələ" cəzalandırıldı

"Neftçi" və "Qəbələ" cəzalandırıldı
19:17 14 Fevral 2017
132 İdman
Ölkə mətbuatı
A- A+

İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub: 

Azərbaycan  Premyer Liqasının XVIII turunun "Zirə" - "Qəbələ" matçında "Zirə" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Oyunun 74-cü dəqiqəsində "Qəbələ" klubunun 5 №-li futbolçusu Rasim Ramaldanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasının XVIII turunun "Neftçi" - "Sumqayıt" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Azərbaycan  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVIII turunun "Neftçi" - "Sumqayıt" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.

I Divizionun XV turunun "Şəmkir" - "Şahdağ" matçında "Şəmkir" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 66-cı dəqiqəsində "Şəmkir" klubunun 57 №-li futbolçusu Cəmil Hacıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/517394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR