DMX-nın 10 illiyi münasibətilə məktəblilərin ekskursiyası təşkil edilib

DMX-nın 10 illiyi münasibətilə məktəblilərin ekskursiyası təşkil edilib
19:22 14 Fevral 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 10 illik yubileyi münasibətilə təsdiq edilən tədbirlər planına əsasən Binəqədi rayon məktəblilərinin DMX-nın Aparatına ekskursiyası təşkil edilib.
Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məktəblilər DMX-nın Qəbul və Gözləmə zalları, “Çağrı mərkəzi”nin fəaliyyəti və əməkdaşların iş prosesləri ilə tanış olub, Xidmətdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Sonra Xidmətin Akt zalında Binəqədi rayon məktəbliləri ilə görüş keçirilib. Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev məktəbliləri salamlayıb və onlara Xidmətin yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Görüşdə DMX-nın 10 il ərzində əldə etdiyi nailiyyətlərdən, mükəmməl qanunvericilik bazasından, regional miqrasiya idarələrinin keçdiyi uğurlu inkişaf yolundan bəhs edilib. Hüquq-mühafizə orqanı statusu daşıyan Dövlət Miqrasiya Xidmətinin ötən on il ərzində miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin beynəlxalq təşkilatlar, eləcə də ölkəmizə səfər edən xarici qonaqlar tərəfindən təqdir olunduğu bildirilib.
102 saylı məktəbin müəllimi Dönməz Mirzəyev belə bir tədbirin təşkilinə görə iştirakçılar adından təşəkkürünü bildirib.
Sonra DMX tərəfindən hazırlanan “Uzun səyahət” filmi göstərilib.




Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/dmx-nin-10-illiyi-munasibetile-mekteblilerin-ekskursiyasi-teskil-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR