Azərbaycan prezidenti serbiyalı həmkarını təbrik etdi

Azərbaycan prezidenti serbiyalı həmkarını təbrik etdi
19:28 14 Fevral 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev serbiyalı həmkarı Tomislav Nikoliçi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Publika.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımız xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqına sülh və rifah diləyirəm”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/187800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR