Bakıda Aİ ilə elektron xidmətlər və elektron ticarətin inkişafı ilə bağlı "dəyirmi masa" keçirilib

Bakıda Aİ ilə elektron xidmətlər və elektron ticarətin inkişafı ilə bağlı "dəyirmi masa" keçirilib
19:37 14 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı.14 fevral.REPORT.AZ/ Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Elektron xidmətlərin və elektron ticarətin inkişafı” mövzusunda "dəyirmi masa" keçirilib.
"Report" nazirliyə istinadən xəbər verir ki, tədbirdə beynəlxalq ekspertlərlə yanaşı, müvafiq dövlət orqanlarının və digər təşkilatların nümayəndələri iştirak ediblər.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin dəstəyi ilə elektron xidmətlər və elektron ticarət sahəsində vəziyyətin təhlili üçün beynəlxalq ekspert Kristian Rup ölkəmizə dəvət olunub. Avropa İttifaqının eksperti yerli mütəxəssislərlə birgə elektron xidmətlər sahəsində hüquqi və institusional bazanın cari vəziyyətini təhlil edib, mövcud boşluq və ehtiyacları müəyyənləşdirib, hüquqi və institusional bazanın təkmilləşdirilməsinə dair tövsiyələr hazırlayıb.
Bu sahədə ölkəmizdə aparılan işləri yüksək qiymətləndirən Kristian Rup tədbirdə təqdimatla çıxış edib.
Tədbirdə Azərbaycanda elektron xidmətlərin və elektron ticarətin mövcud vəziyyəti və inkişaf perspektivləri mövzusunda geniş müzakirələr aparılıb.
Vurğulanıb ki, ölkəmizdə elektron xidmətlərin təkmilləşdirilməsi və genişləndirilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfindən davamlı işlər görülür və bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir.
“Elektron hökumət” portalının operatoru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “Elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx əməkdaşlıq edir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir.
Xatırladaq ki, “Elektron hökumət” portalında 89 qurumun, o cümlədən 41 dövlət təşkilatının 427 növ xidməti aktivdir. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 458 xidmətdən 332-si portala inteqrasiya edilib. 2015-ci ildə portalın “iOS” və 2016-cı ildə isə “Android” əməliyyat sistemləri üçün mobil versiyaları vətəndaşların ixtiyarına verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/bakida-ai-ile-elektron-xidmetler-ve-elektron-ticaretin-inkisafi-ile-bagli-deyirmi-masa-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR