Naxçıvanda mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə tədbirlər görülür

Naxçıvanda mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə tədbirlər görülür
20:22 14 Fevral 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında mövsümi xəstəliklərin və zəhərlənmələrin qarşısını almaq məqsədilə ötən ay su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, məişət tullantıları qoyulan meydançalarda 32 min 330 kvadratmetr dezinfeksiya və 450 kvadratmetr dezinseksiya tədbirləri həyata keçirilib.
 "Report" xəbər verir ki, bunu muxtar respublikanın Səhiyyə Nazirliyi bildirib.
Müvafiq tədbirlərin davam etdirilməsi ilə bağlı qidalanma sənayesi, kommunal, ictimai-iaşə, ticarət, su təchizatı, müalicə-profilaktika müəssisələrinin rəhbərlərinə göstərişlər verilib. Nəticədə, muxtar respublikada yanvar ayında epidemioloji vəziyyət sabit olub, zəhərlənmələr baş verməyib, infeksiya ocaqlarında profilaktik və epidemiya əleyhinə tədbirlər həyata keçirilib. Yenidoğulmuş uşaqların 98,6 faizi idarəolunan yoluxucu xəstəliklərə görə peyvənd alıb. 
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Gigiyena və Epidemiologiya mərkəzlərinin əməkdaşları yanvar ayında bir neçə gözəllik salonu, bərbərxana, şadlıq evində, lavaş sexi, ət satışı mağazalarında, dərzi sexlərində, Stomatoloji Mərkəzdə yoxlamalar aparıblar. Qeyd olunan müəssisələrdə çalışan 140 nəfərin şəxsi tibbi müayinə kitabçalarına baxış keçirilib. Şəxsi tibbi kitabçası olmayan 13, dövri tibbi müayinəsi yarımçıq olan 73 nəfər müayinəyə cəlb edilib. 13 nəfərdən qan nümunələri götürülərək virus hepatitinə görə müayinə üçün Yoluxucu Xəstəliklər Mərkəzinə göndərilib. 
Uşaq-yeniyetmə müəssisələrində, məktəblərdə monitorinqlər və maarifləndirici tədbirlər aparılıb. Yanvar ayı ərzində Bakterioloji laboratoriya fəaliyyətini davam etdirib, 31 su, 39 yuyuntu və 974 digər nümunələrin müayinələri aparılıb. Obliqat qrupların bakterioloji müayinələri diqqət mərkəzində saxlanılıb, səhiyyə üzrə 400, təhsil üzrə 754, qidalanma sənayesi, ictimai iaşə və ticarət üzrə 174, kommunal sahələr üzrə 74, sürücülük üzrə 16 nəfər olmaqla, bütövlükdə, 1418 nəfər müayinədən keçib. 

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/naxcivanda-movsumi-xesteliklerin-ve-zeherlenmelerin-qarsisini-almaq-meqsedile-tedbirler-gorulur-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR