Türkiyəli nazir Bakıya gəlir

Türkiyəli nazir Bakıya gəlir
20:22 14 Fevral 2017
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Fevralın 23-ü Türkiyənin kənd təsərrüfatı naziri Faruk Çelik Azərbaycana səfər edəcək.

Milli.Az xəbər verir ki, Trend-in Azərbaycan Sahibkarlar Konfederasiyasına istinadən məlumatına görə, nazir Azərbaycan-Türkiyə biznes forumunda iştirak edəcək.

Tədbirdə, həmçinin Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov, Türkiyənin Xarici iqtisadi əlaqələr Şurasının rəhbəri Səlcuq Akat və Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev iştirak edəcəklər.

Bundan başqa həmin forumda kənd təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstərən 150-yə yaxın sahibkarın iştirakı planlaşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/517506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR