Daha bir ölkə Rusiya sərhədinə qoşun yeridir

Daha bir ölkə Rusiya sərhədinə qoşun yeridir
20:48 14 Fevral 2017
406 Dünya
Ölkə mətbuatı
A- A+

Bir sıra NATO ölkələrinin ardınca İspaniya da Rusiya sərhədlərinə hərbi bölmələrini göndərir.

Publika.az “Delfi” portalına istinadən xəbər verir ki, İspaniya 6 “Leopard 2E” tankı, 10 “Pizarro” tırtıllı zirehli avtomobili və 350 hərbi qulluqçunu Latviyaya göndərmək niyyətindədir.

Qeyd edək ki, NATO 2016-cı ildə keçirilən Varşava sammitində Latviya, Litva, Estoniya və Polşanın xahişi ilə bu ölkələrdə çoxmillətli batalyonların yerləşdirilməsi haqqında qərar verib. Latviya 2004-cü ildən NATO-nun üzvüdür.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/187807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR