"Mənim ailəm var, belə adamlarla işim ola bilməz" - Branimir Subaşiç

"Mənim ailəm var, belə adamlarla işim ola bilməz" -   Branimir Subaşiç
21:07 14 Fevral 2017
111 İdman
Ölkə mətbuatı
A- A+

"Vladimir Miçoviçin başına gələndən xəbərim var. Lakin təfərrüatlarından məlumatsızam". 


Fanat.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərabaycan milli komandasının və "Neftçi" klubun sabiq futbolçusu Branimir Subaşiç deyib.


Bu gün Serbiyanın paytaxtı Belqradda iki qruplaşma arasında baş vermiş atışma nəticəsində Azərbaycan vətəndaşı Yaşar Rüstəmov ayağından yaralanıb. "Abşeron" klubunun sabiq prezidenti olan həmin şəxslə bərabər, Subaşiçlə "Neftçi"də komanda yoldaşı olmuş həmyerlisi Vladimir Miçoviç də döyülərək, başından xəsarət alıb.


Lakin hazırda Belqradda yaşayan 35 yaşlı veteran futbolçu Miçoviçlə əlaqə saxlamağı və ona baş çəkməyi lazım bilməyib: "Mənim ailəm var. Belə adamlarla işim ola bilməz. Səhər saat 6-da küçədə gəzirsənsə, başına hər cür işin gəlməsi mümkündü. Üzr istəyirəm, ancaq bu barədə danışmaq belə istəmirəm".


Qeyd edək ki, Vladimir Miçoviç 2005-2010, Subaşiç isə 2005-2008-ci illərdə "Neftçi"də çıxış edib.  


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmnim-ailm-var-bel-adamlarla-iim-ola-bilmzquot-t56273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR