"Naxçıvan lavaşı", "İsmayıllı pendiri" - Bu məhsullar harada istehsal edilir?

"Naxçıvan lavaşı", "İsmayıllı pendiri" - Bu məhsullar harada istehsal edilir?
21:12 14 Fevral 2017
165 Ölkə
Ölkə mətbuatı
A- A+

Məsələn, iddia olunur ki, satılan lavaş məhz "Naxçıvan lavaşı"dır, və ya "Bərdə pendiri"dir. Bəs bundan necə əmin olmaq olar ki, istehlakçı aldadılmır və məhsulun mənşəyi düzgün göstərilib?

"İsmayıllı pendiri", "Naxçıvan lavaşı", "Şəki lobyası" və s... Üzərlərində harada istehsal edildiyi və yetişdirildiyi yazılsa da, bunun dəqiq olaraq məhz həmin rayonda hazırlandığını müəyyənləşdirmək olduqca çətindir... Bu da istehlakçıların məhsulun həqiqi mənşəyi ilə bağlı məsələdə aldadılmasına yol açır. Heç kəs istisna edə bilməz ki, bu məqamda sui-istifadə hallarına yol verilir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, müxtəlif bazarlarda məhsulların mənşə yeri göstərilir. Bəs istehlakçılar necə inandırılır ki, məhsul göstərilən zonada istehsal edilir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bazarda istər qablaşdırılmış, istərsə də açıq halda satılan bütün məhsulların sənədi olmalıdır. Həmin sənəd də alıcını inandırmağın əsas şərtidir

Mənşə sertifikatının olmamasına görə həm satıcılar, həm də istehsalçılar üçün cərimələr nəzərdə tutulub.

Mənşə sertifikatı almaq üçün istehsalçılar yerli icra hakimiyyəti orqanlarına, daha sonra isə standartlaşdırma, metrologiya və patent üzrə dövlət komitəsinə müraciət edib, müəyyən dövlət rüsumunu ödəməklə əldə edə bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/517515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR