Məcburi köçkünlərlə bağlı YENİ GÜZƏŞTLƏR - FƏRMAN

Məcburi köçkünlərlə bağlı YENİ GÜZƏŞTLƏR - FƏRMAN
21:12 14 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Prezidentin bu fərmanı dövələtin sosialyönümlü siyasətinin növbəti nümunəsidir. Fərmani şərh edən millət vəkilləri hesab edir ki, bu həm də komunal ödənişlərdə itkilərin qarşısını alacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, yataqxana və pansionatlarda məskunlaşan məcburi köçkünlərin kommunal xərclərini dövlət ödəyəcək.

Millət vəkili Zahid Oruc deyir ki, fərmana dəyşiklik qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırması istiqamətində dövlət başçısının nöbəti addımıdır. Nəzərə alsaq ki, məcburi köçkünlərin kompaq yaşadığı bir sıra yerlərdə sayğaclaşma və digər texniki məsələlər həllini tapmayıb, bu həm itkilərin qarşısını alacaq həm də vəsaitlərin verilməsi baxımından ədalət prinsipinin qorunmasıdır.

Dəyişikliyə əsasən həmin məcburi köçkünlər komunal ödənişlərin ödənilməsi ilə bərabər onların adambaşına 20 manat məbləğində müavinətləri də qüvvədə qalacaq. Bu isə məcburi köçkünlərə onlara dövlət tərəfindən verilən imtiyazlardan tam yararalanmaq üçün şərait yaradır. Yəni bu dəyişiklik də Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin bir daha təzahürüdür.

Dəyşikliyə əsasən Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həmin kontingentin siyahısını və məskunlaşma yerlərini müəyyənləşdirərək icraya başlayacaq. Nazirlər Kabineti 3 gün ərazində limirtləri müəyyən edəcək və 15 gün ərazində qazalaşma proqramını prezdentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb razılaşdırmaq üçün prezdentə təqdim edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/517514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR