Zəli də qaçaqmala çevrilib

Zəli də qaçaqmala çevrilib
21:12 14 Fevral 2017
136 Ölkə
Ölkə mətbuatı
A- A+

30 min manatlıq zəli gömrükdən gizli keçirilərkən tutuldu. Təxminən bir ay əvvəl Astara Gömrük İdarəsində İrana aparılarkən aşkar olunan zəlilər Mingəçevirdə süni göllərə buraxılıb. Bu canlıların ümumi qiyməti 30 min manata yaxın olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, İran vətəndaşının 29 min manat dəyəri olan zəliləri Azərbaycandan xarmaq cəhdi alınmadı.

Canlılar Astara Gömrük İdarəsindən qaçaqmalçılıq yolu ilə İrana gizli aparılarkən gömrük əməkdaşları tərəfindən aşkarlanıb.

Yoxlamalar zamanı müəyyən edilib ki, müvafiq qurumlardan icazə alınmadan zəlilər Masallı rayonunun ərazisində yerləşən müxtəlif göllərdən qanunsuz şəkildə toplanıb.

Tibbdə istifadə edilən 29 min ədəd zəli Dövlət Gömrük Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarının birgə iştirakı ilə Mingəçevir şəhərində yerləşən Zoologiya İnstitununun balansındakı süni göllərə buraxılıb. Bildirlib ki, zəlilər arasında insan üçün təhlükəli hesab edilənləri də mövcuddur.

Cinayəti törətmiş İran vətəndaşı Zahidi Qulamirzə Əbülfəz məsuliyyətə cəlb edilib. Hazırda qeyd edilən cinayət törədilməsində digər şəxslərin iştirakının olub-olmaması araşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/517512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR