Şagirdlər dərsi qavraya bilmir - Ev tapşırığı necə olmalıdır?

Şagirdlər dərsi qavraya bilmir - Ev tapşırığı necə olmalıdır?
21:17 14 Fevral 2017
196 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzi valideynlər ibtidai siniflərdə dərs proqramının ağırlığından, şagirdlərin həddindən çox yüklənməsindən narahatdırlar. Ya uşaq ev tapşırıqlarını çatdırmır, ya da tapşırığı qavramır. Məsələyə Təhsil Nazirliyi də münasibət bildirib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, dərs proqramını nəinki şagirdlər, hətta valideynlər də başa düşmədiklərini deyirlər. Təhsil Nazirliyi isə proqramın dövrün tələbinə uyğun olaraq hazırlandığını qeyd edir. Nazirliyin məktəbəqədər və ümumitəhsil şöbəsinin müdiri Aydın Əhmədov qeyd edir ki, istifadə olunan proqramın məqsədi əvvəlki proqramlardan fərqli olaraq şagirdlərin hafizəsindən daha çox təfəkkürünü inkişaf etdirməkdir.

Şagird və valideynləri narahat edən digər bir məsələ də ev tapşırıqlarının çox olması ilə bağlıdır. Bu da şagirdin fiziki olaraq da həddən artıq yüklənməsinə gətirib çıxarır.

Aydın Əhmədov ev tapşırıqları ilə bağlı məktəb və müəllimlərə həm yazılı həmdə şifahi tövsiyyələr göndərdiklərini bildirdi. Belə ki, ibtidai sinif şagirdinə ev tapşırığı verilməsi ümumiyyətlə tövsiyyə olunmur.

Şöbə müdiri növbəti təhsil proqramlarında səsləndirilən iradların nəzərə alınacağını bildirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/517517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR