"Prezidentin fərmanı məcburi köçkünlərin problemlərinin həllinə diqqətin növbəti təzahürüdür" - Elman Məmmədov

"Prezidentin fərmanı məcburi köçkünlərin problemlərinin həllinə diqqətin növbəti təzahürüdür" - Elman Məmmədov
21:32 14 Fevral 2017
341 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı fərman Prezident İlham Əliyevin məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, İlham Əliyev prezidentliyi dövründə ulu öndərin yolunu davam etdirərək qaçqın və məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin problemlərinə diqqəti həmişə bir nömrəli məsələ kimi saxlayıb:

"Dövlət başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayıb, bu məsələlərə qayğı ilə yanaşıb və onların həlli ilə bağlı zəruri tədbirlər görüb. Prezidentin bu fərmanı bütün bunları bir daha təsdiq etdi. Mən Dağlıq Qarabağdan olan millət vəkili kimi, məcburi köçkünləri təmsil edən millət vəkili kimi bütün məcburi köçkünlər adından, öz adımdan cənab Prezidentə minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, Prezident İlham Əliyev məcburi köçkünlərin kompakt şəkildə müvəqqəti məskunlaşdığı ərazilərdə qazlaşdırma və sayğaclama mümkün olmadığı halda, kommunal xidmətlərə görə ödənişlərin 01 yanvar 2017-ci il tarixinədək olan mərkəzləşdirilmiş qayda ilə müəyyən olunmuş limitlər əsasında həyata keçirilməsi barədə fərman imzalayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/517522.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR