“Neftçi”nin keçmiş oyunçusu güllələndi

“Neftçi”nin keçmiş oyunçusu güllələndi
22:03 14 Fevral 2017
156 Ölkə
Ölkə mətbuatı
A- A+

“Neftçi”nin keçmiş qapıçısı Vladimir Miçoviç və 48 yaşlı azərbaycanlı, Yaşar Ustanov ad-soyadlı şəxs naməlum şəxslərin hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, hadisə dünən Serbiyanın paytaxtı Belqradda baş verib.

Səhər saat 6-da kafelərin birində naməlum silahlılar Miçoviçə və Yaşara atəş açıb. Serb qapıçı başından, azərbaycanlı şəxs isə ayağından güllə yarası alıb.

İnsident mübahisə zəminində baş verib. Miçoviçin bir neçə nəfəri döydüyü iddia olunur. Bu da qarşı tərəfin silahlı cavabı ilə nəticələnib.

Hadisə yerinə gələn polis araşdırma aparır. (Komanda.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/187813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR